Arda Güler üçün transfer təklifi hazırlanır
"Real Madrid"in türk ulduzu Arda Güler komandadan ayrıla bilər.
meqale.com xəbər verir ki, gənc istedad PSJ-nin diqqət mərkəzinə düşüb. Bu barədə İspaniya mediasından "Don Balon" məlumat yayıb.
19 yaşlı futbolçunun ona meydanda az şans verilməsindən narazı olduğu qeyd olunur. Bu səbəbdən onun növbəti mövsüm baş məşqçi Karlo Ançelottinin "Real"dan ayrılmayacağı halda təklifi dəyərləndirəcəyi bildirilib.