Arda Turanın yeni ünvanı bəlli oldu

Trendyol Super Liqa təmsilçisi Eyüpspor-da uğurlu bir mövsüm keçirən Arda Turan üçün sürpriz bir irəliləyiş yaşanıb.

Arda Turanın yeni ünvanı bəlli oldu
Trendyol Super Liqa təmsilçisi Eyüpspor-da uğurlu bir mövsüm keçirən Arda Turan üçün sürpriz bir irəliləyiş yaşanıb.

meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ukrayna təmsilçisi Şaxtyor Donetsk rəsmiləri Londonda gənc məşqçi Arda Turanla bir görüş keçiriblər. Xəbərdə bildirilir ki, tərəflər razılaşmaya çox yaxındır.

Eyüpsporu 1-ci Liqadan Super Liqaya yüksəldən Arda Turan bu klubla ümumilikdə 80 oyuna çıxıb, 44 qələbə, 22 məğlubiyyət və 14 heç-heçə əldə edərək, oyun başına 1.83 xal ortalamasına nail olub.