Argentina baş məşqçisiz qalıb: Bir oyunluq

Argentina millisinin baş məşqçisi Lionel Skaloni cəzalandırılıb.

Argentina baş məşqçisiz qalıb: Bir oyunluq
Argentina millisinin baş məşqçisi Lionel Skaloni cəzalandırılıb.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, mütəxəssis Amerika kubokunun III turunu buraxmalı olacaq.

Skaloni Çili ilə II turun görüşü zamanı ikinci hissəyə gecikdiyi üçün bir matçlıq diskvalifikasiya edilib. Bu üzdən baş məşqçi Peru ilə qarşılaşmanı buraxacaq.

Skaloni 15 min dollar cərimə də ödəməlidir. Çilinin baş məşqçisi Rikardo Qareka da həmin matçda fasilədən gec qayıdıb. O, rəqib məşqçi ilə eyni cəza alıb.