Argentinalı dünya çempionuna QADAĞA
Argentina millisinin qolkiperi Emilyano Martinez Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak etməyəcək.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, buna onun formasını geyindiyi "Aston Villa" icazə verməyib.
İngilislət Martinezin avqustun 17-də start götürəcək Premyer Liqadan öncə komandaya qoşulmasını istəyir. Əgər Emilyano Paris-2024-də iştirak etsə, o, çempionata cəmi 8 gün qalmış klubuna qoşulacaq. Bu isə Unay Emerinin komandasını qane etmir.