“Şahruddin faciəvi səhvlərlə 3 qol hədiyyə etdi” - Polşa millisinin sabiq futbolçusu

Polşa millisinin sabiq futbolçusu Kamil Kosovski Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində keçirilən "Rakuv" - "Qarabağ" (2:3) matçında və komandaların növbəti oyundakı şanslarından danışıb.

meqale.com qafqazinfoya istinadən xəbər verir ki, o, Azərbaycan təmsilçisini favorit saysa da, ağdamlıların qapı xəttindəki problemlərindən söz açıb:

"Qarabağ"da çatışmazlıqlar çoxdur. "Rakuv" evdə yaxşı oynadı, amma iki qol buraxdı. Bu da rəqibə növbəti qol imkanları üçün şərait yaratdı. Qazanılan qələbəyə baxmayaraq iqlimi və rəqibin gücünü, özünəinamını nəzərə alsaq, onlar favoritrdir. "Qarabağ"ın qapı xəttndə problem var və ən zəif nöqtədir. Şahruddin Məhəmmədəliyev faciəvi səhvlər ilə "Rakuv"a 3 qol hədiyyə etdi".