Arif Əsədovun “Spartak”dakı 45 dəqiqəsi

Bu gün Bolqarıstan millisi ilə üz-üzə gələcək Azərbaycan yığmasını matça çıxaracaq Arif Əsədov bu rəqiblə tanışdır.

Arif Əsədovun “Spartak”dakı 45 dəqiqəsi
Bu gün Bolqarıstan millisi ilə üz-üzə gələcək Azərbaycan yığmasını matça çıxaracaq Arif Əsədov bu rəqiblə tanışdır.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, 54 yaşlı mütəxəssis futbolçu kimi Bolqarıstanla görüşün iştirakçısı olub.

O, 2000-ci ilin iyulun 26-da iki yığma arasında yoldaşlıq oyununda iştirak edib. Bu, Azərbaycan və Bolqarıstan millilərinin tarixdəki ilk görüşü olub.

Qarşılaşma Varnadakı "Spartak" stadionunda baş tutub. Baş məşqçi İqor Ponomaryov Əsədova start "11-liy"ində şans verib. 45 dəqiqədən sonra onu Ədəhim Niftəliyev əvəzləyib.