Arıqlama çayları bizə necə təsir edir? - VİDEO
Müasir dövrümüzdə ən böyük bəlalardan biri də bəzi insanların, xüsusilə də qadınların sonunu düşünmədən arıqlamaq üçün qeyri-sağlam yollara əl atmasıdır.
meqale.com APA TV-yə istinadla xəbər verir ki, artıq çəkidən azad olmaq istəyən insanlar arasında populyar olan, çox istifadə edilən arıqlama dərmanları və çayları bəzi problemlərə səbəb ola bilir. Arıqlamaq istəyi onları reseptsiz, həkim məsləhəti olmadan dərman qəbul etməyə sövq edir. Ta ki problem yaranana qədər. Həkim-dietoloq Leyla Zülfüqarlı söylədi ki, tək bir çayın insanı arıqladacağını gözləmək absurddur.
Dietoloq onu da dedi ki, nə arıqlama çayları, nə də dərmanları lipoliz funksiyasını idarə etmir. İştaha süni şəkildə təsir edildiyi zaman anidən şəkər düşməsi, təyziqin oynaması, eləcə də huşu itirmə kimi hallara da rast gəlmək mümkündür.
Dietoloq arıqlama vasitələrinin üzərində olan etiketə diqqət etməyi tövsiyə edir.
Həkim-dietoloq bildirdi ki, arıqlama dərmanlarının istifadəsi zaman daha çox qaraciyər, böyrəklər və bağırsaqlar üçün fəsadlar yaranır. Bu dərmanlar xüsusilə də qaraciyər və böyrək çatışmazlığı, bağırsaqda isə yara yarada bilər.