"Arsenal"a keçmək üçün sevgilisindən AYRILDI
"Sportinq"in futbolçusu Viktor Dyökeres sevgilisi İnes Aguiardan ayrılaraq "Arsenal"a keçib və bütün diqqətini İngiltərə klubuna yönəldib. İsveçli hücumçu artıq Portuqaliya ilə heç bir əlaqəsinin qalmasını istəmir.
meqale.com-ın xəbərinə görə, Portuqaliyanın "Sportinq" klubunda çıxış edən isveçli hücumçu Viktor Dyökereslə uzun müddətdir ki, İngiltərə Premyer Liqa təmsilçisi "Arsenal"la maraqlanırdı. İsveçli "Arsenal"a keçmək üçün sürpriz addım atıb.
Məlumata görə, "Arsenal"a transfer olmaq istəyən Dyökeres Portuqaliya ilə bütün əlaqələrini kəsmək istədiyini deyərək sevgilisi İnes Aguiardan ayrılıb. Xəbərdə hücumçunun bu qərara diqqətini yalnız "Arsenal"a keçidinə yönəltmək istədiyi üçün verdiyi bildirilir. Cütlüyün yay tətilini ayrı-ayrı ölkələrdə keçirdiyi bildirilir.