AŞPA-nın İnsan Hüquqları üzrə yeni komissarı seçildi

Maykl Oflaherti Avropa Şurasının İnsan Hüquqları üzrə yeni komissarı seçilib.

AŞPA-nın İnsan Hüquqları üzrə yeni komissarı seçildi
Maykl Oflaherti Avropa Şurasının İnsan Hüquqları üzrə yeni komissarı seçilib.

meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə AŞPA-nın X sosial şəbəkəsində yaydığı bəyanatda bildirilib.

Məlumata görə, o, Dunya Miyatoviçi əvəzləyəcək və 6 il bu vəzifəni icra edəcək.

O'Flahertinin namizədliyini AŞPA-nın 104 deputatı dəstəkləyib (Bolqarıstandan Meqlena Kuneva 70, Avstriyadan Manfred Novak 37 səs toplayıb). Oflaherti bu il aprelin 1-də vəzifəsinin icrasına başlayacaq.