Astarada faciə: iki azyaşlı yanaraq öldü, 3 nəfər yaralandı - yenilənib
07:09 Xəbər verdiyimiz kimi, Astara rayonunun Kijəbə ərazi vahidliyinə daxil olan ucqar dağ kəndində yerləşən ikimərtəbəli yaşayış evində baş verən yanğında oğlan və qız olmaqla iki azyaşlı ölüb, üç nəfər yaralanıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, 7 yaşlı Məmmədov Kənan Xətai oğlu və 4 yaşlı Məmmədzadə Zeynəb Xətai qızı yanaraq vəfat ediblər.
25 yaşlı Rəfiqə Mirzəyeva, 30 yaşlı Xətai Məmmədov və 1965-ci il təvəllüdlü İmaməddin Xanağa oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
------------ 00:13 Astaranın Kijəbə qəsəbəsində yerləşən yaşayış evində gecə saatlarında yanğın baş verib.
meqale.com-ın xəbərinə görə, hadisə zamanı iki azyaşlı yanaraq ölüb.
Meyitlər daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.