Astarada sürüşmə aktivləşdi - təhlükəli vəziyyət yarandı - FOTO

Güclü yağışlar Astarada sürüşmə zonalarını aktivləşdirib.

Astarada sürüşmə aktivləşdi - təhlükəli vəziyyət yarandı - FOTO
Güclü yağışlar Astarada sürüşmə zonalarını aktivləşdirib.

meqale.com APA-ya istinadən bildirir ki, son zamanlar cənub bölgəsində normadan artıq yağışların yağması, Astarada müəyyən sürüşmə zonalarının aktivləşməsinə səbəb olub. Rayonun Şiyəkəran kəndində, "Məscid məhəllə" deyilən ərazidə baş verən torpaq sürüşməsi nəticəsində bir neçə ev üçün təhlükəli vəziyyət yaranıb. Sakinlərin sözlərinə görə, 3-5 metr cərgədə əkilən sitrus və digər meyvə ağaclar, torpaq sürüşməsi ilə birlikdə çaya tökülüb.

Onlar bildirir ki, əvvəllər sürüşmənin qarşısını almaq üçün çay ətrafında, yamaclarda ağaclar əkiblər. Lakin güclü sel həmin ağacları kökündən qoparıb, aparıb.