Astarada torpaq sürüşməsi: Hazırda ərazidə vəziyyət necədir? - AÇIQLAMA

Astara rayonunun ucqar dağlıq ərazilərində torpaq sürüşməsi baş verib. Torpaq sürüşməsi nəticəsində bir evin qəzalı vəziyyətə düşməsi barədə məlumat yayılıb.

meqale.com xəbər verir ki, məsələ İlə bağlı Trend-ə açıqlama verən Astara Rayon İcra Hakimiyyətinin birinci müavini Allahverən Mahmudov bildirib ki, sürüşmə baş verən yerdə bir ailə yaşayır.

"Evə heç nə olmayıb. Ev Hirkan Milli Parkının ərazisində qanunsuz tikilib. Evin sahibinə müvafiq qurumlar əvvəllər də xəbərdarlıq etmişdilər ki, həmin ərazi təhlükəlidir. Sürüşmə nəticəsində palçıq gəlib evə dirənib. Əraziyə yerli qüvvələri səfərbər etmişik. İki gün əvvəl ailə təxliyə edilib. Hazırda vəziyyət stabildir".

O bildirib ki, evə baxış keçirildikdən sonra onunla bağlı yekun rəy veriləcək.