“Atamın onlara elədikləri hamısı burunlarından gəlsin”
"Atamın vəfatından bir il keçməmişdi bacısı oğluna toy etdi. Hansı ki, atam həmin o oğlanı özü böyüdüb".
meqale.com olay-a istinadən xəbər verir ki, bu sözləri ərəb rəqslərinin mahir ifaçısı Rəna Ağamuradova (Renka) qonaq olduğu "Elgizlə izlə" verilişində deyib.
Rəqqasə bildirib ki, xalasını bu addımına görə heç zaman bağışlmayacaq:
"Mən zəng edib onlara ürəyimdən gələn sözləri dedim. Onları heç zaman bağışlamayacağam. Atamın vəfatından dörd il keçdi, rəhmətə gedən günü heç kim mənə zəng etmədi. Halbuki, atam onlar üçün nələr etməyib. Atamın onlara elədikləri hamısı burunlarından gəlsin. Özümə görə yox məhz atama görə onları heç zaman bağışlamayacağam. Mənə onlardan heçnə lazım deyil. Atamın əziyyətini onlara heç zaman bağışlamayacağam".
Renka valideyninin ölümündən sonra bir neçə il nə ad gününü nə də ki yeni ili qeyd etdiyini vurğulayıb: