“Atası gəzməyə apardığını demişdi”

Xəbər verdiyimiz kimi, Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində dəniz sahilində 1 yaş 4 aylıq Zeynəb Yeşilin meyiti aşkarlanıb. Araşdırmalarla 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turanın övladını suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

meqale.com-ın məlumatına görə, hadisə ilə bağlı Baku TV-yə danışan uşağın nənəsi Azadə Abdullayeva bildirib ki, atası azyaşlını gəzməyə apardığını deyib: "Amma onları uzun müddət gözləsək də, gəlib çıxmadılar. O, telefon zənglərimizə də cavab verməyib. Fikirləşdik ki, yəqin acıq edərək uşağı dostunun yanına aparıb".

Nənə ailədaxili söz-söhbətin olmadığını da vurğulayıb: "Onun beynində nə olduğunu isə bilmirik".