"Atletiko" klub rekordunu təkrarladı

İspaniya Kral Kubokunun 1/16 finalında "Marbella"ya qalib gələn (1:0) "Atletiko Madrid" ardıcıl qalibiyyət sayına görə klub rekordunu təkrarlayıb.

İspaniya Kral Kubokunun 1/16 finalında "Marbella"ya qalib gələn (1:0) "Atletiko Madrid" ardıcıl qalibiyyət sayına görə klub rekordunu təkrarlayıb.

meqale.com xəbər verir ki, bu barədə "Opta Sport" məlumat yayıb.

Beləliklə, Dieqo Simeonenin komandası bütün turnirlərdə ardıcıl 13 uğurlu matç keçirib. Bu müddət ərzində İspaniya çempionatında ardıcıl yeddi qələbə qazanan paytaxt klubu İspaniya kubokunda üç uğurlu nəticə və Çempionlar Liqasının liqa mərhələsində üç qələbə ilə də nailiyyətini möhkəmləndirib.

Qeyd edək ki, "Atletiko" 2012-ci ilin avqustundan oktyabr ayına kimi eyni sayda matçdan ibarət qələbə seriyasına imza atıb. O zaman da komandaya argentinalı məşqçi Simeone rəhbərlik edirdi.