Avropa Liqasının ən yaxşıları: “Qarabağ” və futbolçuları hamıdan öndə

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarından sonra müxtəlif göstəricilər üzrə turnirin ən yaxşıları açıqlanıb.

Avropa Liqasının ən yaxşıları: “Qarabağ” və futbolçuları hamıdan öndə
Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarından sonra müxtəlif göstəricilər üzrə turnirin ən yaxşıları açıqlanıb.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, "Qarabağ" dörd göstəricidə hamını qabaqlayır.

Bunlardan ikisi komandaya, ikisi isə futbolçulara məxsusdur.

"Qarabağ" topa nəzarəti geri qaytarmaqda hamıdan öndədir. Ağdam klubu 350 dəfə topu rəqibdən alıb. Qapıçılarının ümumi "seyv" sayında da "Qarabağ" liderdir - 37 dəfə.

"Qarabağ"ın bütün "seyv"ləri Andrey Lunyovun hesabındadır. O, qapıçılar arasında liderdir. Təmsilçimizin yarımmüdafiəçisi Julio Romao topalmada hamını qabaqlayır - 27 dəfə.