Avropa Parlamentinin üzvü NATO-nun məhv edilməsinin zəruriliyini izah edib

Avropa NATO və onun hərbi maşını olmadan daha yaxşı olacaq.

Avropa Parlamentinin üzvü NATO-nun məhv edilməsinin zəruriliyini izah edib
Avropa NATO və onun hərbi maşını olmadan daha yaxşı olacaq.

meqale.com report.az-a istinadən xəbər verir ki, bunu Avropa Parlamentinin (AP) İrlandiyadan olan üzvü Mik Uolles deyib.

"Avropa NATO-nun hərbi maşını olmayanda daha yaxşı vəziyyətdə olacaq, onun Aİ və ya başqa yerlərin vətəndaşlarına təklif edəcəyi heç nə yoxdur", - o, "X" sosial şəbəkəsində yazıb.

Uolles ritorik olaraq soruşub ki, nə üçün Avropa Parlamentinin bir çox deputatı sülh əvəzinə müharibəni dəstəkləyir və bu qədər "Yaşıl" deputat sülh əvəzinə müharibəyə dəstək verir.