Avtobus zolağına girən sürücülərin nəzərinə
Şəhər yollarında avtobus zolağına qaydalardan kənar daxil olan nəqliyyat vasitələri cərimə edilir. Bəs avtobus zolağına daxil olan avtomobil yol boyu bir neçə kameradan keçirsə, sürücüyə hər kamera üzrə ayrıca cərimə tətbiq olunur, yoxsa yalnız bir dəfə cərimə yazılır?
meqale.com xəbər verir ki, nəqliyyat eksperti Ərşad Hüseynov Metbuat.az-a açıqlamasında bildirib ki, əgər sürücü eyni küçə boyunca avtobus zolağında hərəkət edirsə, ona yalnız bir cərimə tətbiq olunur:
"Lakin küçəni dəyişərsə və başqa bir küçədə yenidən avtobus zolağına daxil olarsa, bu artıq ayrı inzibati xəta sayılır və əlavə cərimə yazıla bilər. Yəni küçə dəyişmədən eyni xətt üzrə hərəkət davam edirsə, cərimə bir dəfə tətbiq olunur".