Avtobus zolaqlarının sayının artırılmasına ehtiyac var - Rəhman Hümmətov

Daşıyıcıların avtobus parkının yeniləməsi üçün iş aparılır. Sərnişinlərə daha keyfiyyətli xidmət göstərmək üçün yeni avtobusların gətirilməsi nəzərdə tutulur.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Azərbaycanda Mobilliyin Transformasiyası Proqramı"nın təqdimatında bildirib.

R.Hümmbətov qeyd edib ki, bu il Bakı-Sumqayıt yolunda avtobus zolağı təşkil edilib.

"Bu isə həmin istiqamətdə 1 800-dən çox avtobusun rahat hərəkət etməsinə, sərnişinlərin isə yollarda 20 dəqiqədən çox vaxt itirməsinin qarşısını alıb. Hazırda Bakı şəhərində avtobus zolaqlarının sayının artırılmasına ehtiyac var", - deyə nazir müavinin əlavə edib.