Aygün Bəylərin cənazəsi Vətənə gətirildi - YENİLƏNİB - FOTO
17:45
Əməkdar artist Aygün Hümbətovanın (Bəylər) nəşini gətirən təyyarə Bakıda eniş edib.
meqale.com Trend-ə istinadən xəbər verir ki, 48 yaşında dünyasın dəyişən Əməkdar artistin cənazəsini ailə üzvləri və rəsmi şəxslər qəbul edib.
Qeyd edək ki, müğənni müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanmışdı. Mərhum sənətçi ötən gecə Ankara şəhərində, xəstəxanada vəfat edib. ----- 17:32
Mərhum Əməkdar artist Aygün Bəylərin cənazəsi Vətənə gətirilib. meqale.com AZƏRTAC-a istinadən həmin görüntüləri təqdim edir:
Qeyd edək ki, yanvarın 6-da uzunsürən xərçəng xəstəliyindən vəfat edən A. Bəylər sabah dəfn ediləcək.