Aytən Səfərova ilə bağlı yeni xəbər

Tanınmış teleaparıcı Aytən Səfərova xəstəxanadan evə buraxılıb.

Aytən Səfərova ilə bağlı yeni xəbər
Tanınmış teleaparıcı Aytən Səfərova xəstəxanadan evə buraxılıb.

meqale.com xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, aparıcı ötən həftə xəstəxanadan çıxıb.

Xatırladaq ki, aprelin 17-si saat 7 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai ix-35" markalı avtomobillə Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub.

Hadisə nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb.