Azərbaycan Avropanın “Top-11”də - CƏDVƏL
Avropa Liqası və Konfrans Liqasında pley-off mərhələsi başa çatdıqdan sonra avrokubokların 1/8 finalçılarının tam tərkibi müəyyənləşib.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, artıq bu mərhələnin ilk oyunlarına yekun vurulduğu Çempionlar Liqası da daxil olmaqla üç turnirin kuboku uğrunda mübarizəni 48 komanda davam etdirir.
UEFA-ya üzv olan 55 ölkədən 54-nün qatıldığı mövsümdə yalnız 19 assosiasiyanın təmsilçiləri kuboklara iddiasını qoruyur. 35 ölkə üçün isə mövsüm artıq başa çatıb.
Yoluna davam edən "19-luq"da Azərbaycan da var. Ölkəmiz Avropa Liqasında "Qarabağ"la təmsil olunur.
Bu 19 ölkədən səkkizi üçüncü dərəcəli turnir olan Konfrans Liqasına ümidlidir. Qitənin ən güclü 2 turnirində təmsilçisi qalanların sayı isə 11-dir. Azərbaycan da bu köklü turnirlərin iştirakçıları sırasında olan "Top-11"dədir. Çempionlar Liqasında isə yalnız 8 ölkənin komandaları qalıb.
Çempionlar Liqasında isə İspaniya təmsilçiləri üstünlük təşkil edir - 4 klub. Bütün komandaları yoluna davam edən İtaliya 7 klubu kuboklar üçün mübarizə aparır. Yalnız üç ölkə - İtaliya, İngiltərə və Fransa hər üç turnirdə kuboka iddiasını qoruyur.
komandaları yoluna davam edən İtaliya 7 klubu kuboklar üçün mübarizə aparır. Yalnız üç ölkə - İtaliya, İngiltərə və Fransa hər üç turnirdə kuboka iddiasını qoruyur.
yer
Ölkələr
ÇL
AL
KL
Cəmi
1
İspaniya
4
1
0
5
2
İtaliya
3
3
1
7
3
Almaniya
3
2
0
5
4
İngiltərə
2
3
1
6
5
Portuqaliya
1
2
0
3
6
Fransa
1
1
1
3
7
Niderland
1
0
1
2
8
Danimarka
1
0
0
1
9
Çexiya
0
2
1
3
10-11
Şotlandiya
0
1
0
1
Azərbaycan
0
1
0
1
12-14
Belçika
0
0
2
2
İsrail
0
0
2
2
Yunanıstan
0
0
2
2
15-19
Türkiyə
0
0
1
1
İsveçrə
0
0
1
1
Avstriya
0
0
1
1
Norveç
0
0
1
1
Xorvatiya
0
0
1
1