Azərbaycan futbolunda ilk - Kişi komandasında qadın məşqçi
Futbol üzrə I Liqaya vəsiqə qazanan "Şimal"ı yeni mövsümdən etibarən Zaur Ramazanov çalışdıracaq.
meqale.com Sport1.az-a istinadən xəbər verir ki, mütəxəssisin köməkçilərindən biri bəlli olub.
Xaçmaz təmsilçisinin məşqçilər korpusunda Zülfiyyə Bayramova da yer alacaq. O, komandanın qapıçılar üzrə məşqçisi olacaq.