Azərbaycan gimnastları Dünya Kubokunda qızıl medal qazanıblar - FOTO
Azərbaycanın gimnastları Mədinə Mustafayeva və Vladimir Dolmatov Portuqaliyanın Kantanhede şəhərində keçirilən "Aerobika gimnastikası üzrə Dünya Kuboku"nda uğurla çıxış ediblər.
meqale.com xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Bildirilib ki, onlar qarışıq cütlük proqramında qızıl medal qazanıblar.
Hakimlərdən 19.350 xal alan idmançılarımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.