Azərbaycan hərbçiləri “KURTARAN-2025” təlimlərində iştirak edəcək
Türkiyənin Marmaris şəhərində aprelin 30-dək keçiriləcək "KURTARAN-2025" adlı beynəlxalq təlimlərdə iştirak etmək məqsədi ilə Azərbaycan hərbçiləri qardaş ölkəyə yola düşüb.
meqale.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təlimlərdə Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələrinin, Quru Qoşunlarının, Hərbi Hava Qüvvələrinin və Sahil Mühafizə Qüvvələrinin iştirakı nəzərdə tutulub.
Təlimlər zamanı, həmçinin, "Yüksək səviyyəli müşahidəçi günü"nün keçirilməsi də planlaşdırılıb.