Azərbaycan hərbi təyyarələrinin İranla sərhəddə uçuşlar etdiklərinə dair məlumatlar saxtadır - MEDİA
İsrail-İran münasibətlərinin gərginləşməsi fonunda sosial şəbəkələrin xarici seqmentində guya Azərbaycan hərbi təyyarələrinin İranla sərhəddə uçuşlar etdiklərinə dair həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır.
meqale.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yaydığı məlumatda deyilir.
Bildirilib ki, informasiya manipulyasiyası məqsədilə hazırlanmış bu tip "xəbərlər" saxtadır və qətiyyən reallığı əks etdirmir.