Azərbaycan İrana başsağlığı verdi
Azərbaycanın Xarici İşlər Nazirliyi İrana başsağlığı verib.
meqale.com xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib:
"İranın Kirman əyalətində törədilən terror aktı nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq.
Azərbaycan terrorizmdən çox əziyyət çəkən ölkə kimi onun bütün forma və təzahürlərini pisləyir", - Azərbaycanın Xarici İşlər Nazirliyinin paylaşımında bildirilir.
meqale.com Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun