Azərbaycan Kinosu Günü münasibətilə “CinemaPlus”da “Klassik Azərbaycan filmlərinin retrospektiv baxışı” keçiriləcək

Bildiyiniz kimi 2 avqust kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günüdür. Azərbaycan kinosunun 125, "Azərbaycanfilm" kinostudiyasının 100 illiyi münasibətilə"CinemaPlus" premium kinoteatrlar şəbəkəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi və "Azərbaycanfilm" kinostudiyası ilə birgə avqustun 3-dən 10-dək "Klassik Azərbaycan filmlərinin retrospektiv baxışı" təşkil olunacaq.

Retrospektiv baxışmüddətində CinemaPlus kinoteatrlar şəbəkəsində aşağıdakı filmlərin nümayişinəzərdə tutulmuşdur.

"Arşın  mal alan"

Rejissorlar: Rza Təhmasib, Nikolay Leşşenko.

         1945-ci il. Bakı kinostudiyası.

"Bəxtiyar"

Rejissor: Lətif Səfərov.

        1955- ci il. Bakı kinostudiyası.

"O olmasın,  bu olsun"

Rejissor: Hüseyn Seyidzadə.

          1956-cı il. Bakı kinostudiyası.

"Ögey  ana"

Rejissor: Həbib İsmayılov.

        1958-ci il. Bakı kinostudiyası.

"Uzaq sahillərdə"

Rejissor: Tofiq Tağızadə.

        1958-ci il. Bakı kinostudiyası.

"Əhməd haradadır?"

       Rejissor: Adil İsgəndərov.

1963- cü il. "Azərbaycanfilm" k/st.

"Sehrli xalat"

Rejissor: Əlisəttar Atakişiyev.

        1964- cü il. "Azərbaycanfilm" k/st.

"Bir cənub şəhərində"

Rejissor: Eldar Quliyev.

1969-cu il. "Azərbaycanfilm" k/st.

"Bizim Cəbiş müəllim"

       Rejissor: Həsən Seyidbəyli.           

1969-cu il. "Azərbaycanfilm" k/st.

"Şərikli çörək"

Rejissor: Şamil Mahmudbəyov.

        1969-cu il. "Azərbaycanfilm" k/st.

"Axırıncı aşırım"

Rejissor: Kamil  Rüstəmbəyov.

       1971-ci il. "Azərbaycanfilm" k/st.

"Gün keçdi"

         Rejissor: Arif Babayev.

1971-ci il. "Azərbaycanfilm" k/st.

"Nəsimi"

Rejissor: Həsən  Seyidbəyli.

        1973-cü il. "Azərbaycanfilm" k/st.

"Əzablı yollar"

Rejissor: Tofiq İsmayılov.

1982-ci il. "Azərbaycanfilm" k/st.

"Evlənmək istəyirəm"

Rejissor: Cahangir Mehdiyev

        1983-cü il. "Azərbaycanfilm" k/st.

"Bəyin oğurlanması"

Rejissorlar: Ceyhun Mirzəyev, Vaqif Mustafayev.

        1985-ci il. "Azərbaycanfilm" k/st.

"Cin mikrorayonda"

Rejissor: Oqtay Mirqasımov.

   1985-ci il. "Azərbaycanfilm" k/st.

 "Atları yəhərləyin"

Rejissorlar: Əbdül Mahmudov, Həsən Turabov.

1985-ci il. "Azərbaycanfilm" k/st.

"Süd dişinin ağrısı"

          Rejissor: Hüseyn Mehdiyev.

         1987-ci il. "Azərbaycanfilm" k/st.

"Yaramaz"

Rejissor: Vaqif Mustafayev.

 1988-ci il. "Azərbaycanfilm" k/st.

"Ölsəm... bağışla"

Rejissor: Rasim Ocaqov.

        1989-cu il. "Azərbaycanfilm" k/st.

Qeyd etmək istərdik ki, giriş sərbəstdir.

"CinemaPlus" bütün kinosevərlər və milli kinomuza dəyər verənləri səbirsizliklə gözləyir.

Ətraflı məlumat "CinemaPlus"un sosial şəbəkə hesablarında və kinoteatrın saytında qeyd olunacaq.