Rəşad Dağlının qayınatasından həbsinə reaksiya

Xəbər verdiyimiz kimi, qonşusunu qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Rəşad Dağlının qayınatasından həbsinə reaksiya
Xəbər verdiyimiz kimi, qonşusunu qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

meqale.com axşam.az-a istinadən bildirir ki, ifaçının qayınatası "Baku TV"yə açıqlama verib. 

"Hadisədir, olub. Allah qapısını açsın. Allah ailəsinə səbr versin. İki körpə övladı, himayəsində xəstə ata, anası var. Özü könüllü gedib təslim olub. Dövlət tədbirlərində iştirak edib, xalqın sevimlisidir. Hər zaman gəncləri pis yoldan çəkindirməyə çalışıb. Rəşad heç vaxt cinayət törətməzdi. Nəsə bir boşluq olub. Allah qapısını açsın" deyə, o, açıqlamasında bildirib.

Qeyd edək ki, R.Dağlının iki övladı var.

Xatırladaq ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da toy məclisindən çıxandan sonra qonşusu İsgəndər Mehdiyevlə telefonda mübahisə edib. O, söhbətə aydınlıq gətirmək üçün İsgəndərlə Lökbatan dairəsi yaxınlığında öz avtomobilində görüşüb. Maşında onu bıçaq zərbələri ilə qətlə yetirib. Meyiti həmin əraziyə atdıqdan sonra könüllü olaraq polisə təslim olub.