Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini endirdi

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsi il bağlı növbəti qərarını açıqlayıb.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini endirdi
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsi il bağlı növbəti qərarını açıqlayıb.

meqale.com AMB-yə istinadən xəbər verir ki, uçot dərəcəsi 8%-dən 7.75%-ə, faiz dəhlizinin aşağı həddi 6.5%-dən 6.25%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9%-dən 8.75%-ə endirilib.

Bildirilib ki, bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf dəhlizində (4±2%) olması, inflyasiya gözləntilərinin stabilləşməsi, eləcə də valyuta bazarında vəziyyət nəzərə alınmaqla verilib.

Qərar 1 fevral 2024-cü ildən qüvvəyə minir.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2024-cü il martın 28-də açıqlanacaq.