Azərbaycan Ordusu dünyanın ən güclüləri sırasında yer alır
"Global Fire Power" 2024-cü il üzrə dünyanın ən güclü orduya malik ölkələrinin reytinqini açıqlayıb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, Azərbaycan siyahıda 59-cu yer tutub.
Qeyd edək ki, siyahıda birinci yeri ABŞ tutur. İlk onluğa daxil olan digər ölkələr isə müvafiq olaraq Rusiya, Çin, Hindistan, Cənubi Koreya, Böyük Britaniya, Yaponiya, Türkiyə, Pakistan və İtaliyadır.