Azərbaycan pasportu ilə hansı ölkələrə vizasız getmək olar? - SİYAHI
Hazırda ikitərəfli dövlətlərarası müqavilələrə uyğun olaraq dünyanın 32 ölkəsinə vizasız, 46 ölkəsinə isə sərhəddə (hava limanında) viza alaraq səfər etmək mümkündür.
meqale.com metbuat.az-a istinadən xəbər verir ki, Azərbaycan vətəndaşlarının vizasız səyahət edə biləcəyi ölkələri iki qrupa bölmək olar. Birinci qrupa səfər üçün viza tələb olunmayan, ikinci qrupa isə viza giriş zamanı verilən ölkələr aiddir. Rusiya Federasiyası, Türkiyə, Gürcüstan, Ukrayna, Tacikistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Belarus kimi ölkələrdə viza müddəti 90 gün təşkil edir. Məhz bu ölkələrə vətəndaşlarımız ümumvətəndaş pasportu ilə səyahət edə bilərlər.
Bu ölkələr və Azərbaycan Respublikası arasında qarşılıqlılıq prinsipi əsasında vətəndaşların ikitərəfli qaydada vizasız gediş-gəlişi rejimi tətbiq edilib. Azərbaycan və Türkiyə prezidentləri arasında bu mövzuda imzalanan sonuncu müqaviləyə əsasən, Azərbaycan vətəndaşları Türkiyəyə öz şəxsiyyət vəsiqələri ilə gedə bilirlər.
Vizasız səyahət edə biləcəyimiz ölkələr arasında Qətər də var. Burada viza müddəti 30 gündür.
Serbiya, Monteneqro, Bosniya və Herseqovinaya səyahət etmək istəyən vətəndaşlarımız üçün viza müddəti 90 gün, Malayziya (ümumvətəndaş, diplomatik, xidməti passport ilə) 30 gün, Honq-Konq (Çinin Xüsusi inzibati ərazisi yalnız diplomatik və xidməti pasport) -14 gün, Livana səyahət etmək istəyənlərə isə ümumvətəndaş pasportu ilə 30, diplomatik passport ilə 180, xidməti passport ilə 90 gün viza müddəti verilir. Qonşu İrana vizasız səyahət edən vətəndaşlarımız isə orada cəmi - 15 gün qala bilərlər.
Azərbaycan vətəndaşlarından səfər üçün viza tələb olunmayan ölkələrin siyahısı:
Albaniya
Antiquda
Barbuda Baham adaları
Barbados Belarus Bosniya və
Hersoqovina Ekvador Fələstin Gürcüstan Haiti İndoneziya İran Kolumbiya Qazaxıstan Qətər Qırğızıstan Makedoniya Malayziya Mikroneziya Moldova Montoneqro Namibiya Özbəkistan Rusiya Vintsent
Qrenadin Tacikistan Türkiyə Ukrayna Viza giriş zamanı verilən ölkələrin siyahısı: Banqladeş Boliviya Cibuti Dominika İordaniya Kamboca Kabo -Verde
Qəmər adaları
Qvineya
Bisao Livan Laos Makao Malavi Maqadaskar Marşal adaları
Maldiv adaları
Mavritaniya Mozambik Mavrikiy Nepal Nikaraqua Palau Nepal Ruanda Samoa Seyşel adaları
Şərqi Timor
Toqo Tanzaniya Tuvalu Uqanda Yamayka Zimbabve Qeyd edək ki, Azərbaycan "Henley & Partners Visa Restrictions Index" pasport reytinqində 72-ci yeri tutub. Ölkə vətəndaşları dünyanın 72 ölkəsinə vizasız gedə bilərlər.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun