Azərbaycan Prezidenti iraqlı həmkarı ilə Nyu-Yorkda apardığı fikir mübadiləsini yüksək qiymətləndirib

Azərbaycan Prezidenti İlham Əliyev İraq Prezidenti Əbdüllətif Camal Rəşidə bu ölkənin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.

meqale.com AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı məktubunda bu yaxınlarda İraq Prezidenti ilə Nyu-Yorkda keçirdiyi görüşü, apardığı fikir mübadiləsini yüksək qiymətləndirib.

"Əminəm ki, Azərbaycan-İraq münasibətlərini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik", - deyə Prezident İlham Əliyev vurğulayıb.

meqale.com