Azərbaycan qızıla sərmayəni artırdı - 4 ayda 2.5 milyard dollarlıq idxal
2025-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycana 2 milyard 527 milyon 305.1 min ABŞ dolları dəyərində 26 min 929.56 kiloqram qızıl idxal edilib.
APA-nın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə ölkəyə gətirilən qızılın 1 kiloqramının orta idxal qiyməti 93 min 848.7 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, bu ilin ilk 4 ayında Azərbaycanda qızıl istehsalı 1026.3 kq təşkil edib. Bu dövrdə Azərbaycandan İsveçrəyə 95 milyon 426 min ABŞ dolları dəyərində 1308.6 kq emal olunmamış qızıl ixrac edilib. Bu məhsulun 1 kiloqramının orta ixrac qiyməti isə 72 min 921 ABŞ dolları təşkil edib.
Aşağıdakı cədvəldə bu ilin ilk 4 ayında Azərbaycana idxal edilən qızılın ölkələr üzrə həcmi və idxal dəyəri verilib:
Əlavə edək ki, ölkəyə qızıl idxalı dedikdə, qızıldan yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər nəzərdə tutulur.