Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 17 % artırıb
Bu il yanvarın 1-nə Azərbaycanın valyuta ehtiyatları 67 milyard 682,7 milyon ABŞ dolları təşkil edib.
meqale.com report.az-a istinadən xəbər verir ki, bunun 82,8 %-i və yaxud 56 milyard 69,7 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 17,2 %-i və yaxud 11 milyard 613 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Ötən ilin IV rübündə ölkənin valyuta ehtiyatları 2 milyard 383,4 milyon ABŞ dolları və yaxud 3,6 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 545,7 milyon ABŞ dolları və yaxud 1 %, AMB-nin valyuta ehtiyatlarında isə 1 milyard 837,7 milyon ABŞ dolları və yaxud 18,8 % artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 9 milyard 653,4 milyon ABŞ dolları və yaxud 16,6 % artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 7 milyard 36,1 milyon ABŞ dolları və yaxud 14,3 %, AMB-nin valyuta ehtiyatları isə 2 milyard 617,3 milyon ABŞ dolları və yaxud 29,1 % artım nümayiş etdirib.
ARDNF-in
valyuta ehtiyatları
(milyon ABŞ dolları)
AMB-nin
valyuta ehtiyatları
(milyon ABŞ dolları)
Azərbaycanın
valyuta ehtiyatları
(milyon ABŞ dolları)
01.01.2024
56 069,7
11 613.0
67 682,7
01.10.2023
55 524,0
9 775,3
65 299,3
01.07.2023
54 915,1
9 195,9
64 111,0
01.04.2023
53 437,6
9 133,0
62 570,6
01.01.2023
49 033,6
8 995,7
58 029,3