Azərbaycan üçün Çempionlar Liqasında YUBİLEY - 100-cü sınaq
Çempionlar Liqasının bu gün keçiriləcək "Qarabağ" - "Lüdoqorets" matçı Azərbaycan futbolu tarixinə yubileylə düşəcək.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, bu, təmsilçilərimizin qitənin ən nüfuzlu klub turnirində 100-cü oyunu olacaq.
Azərbaycan klubları indiyədək Çempionlar Liqasında 99 görüş keçirib. 35 qələbə və eyni sayda məğlubiyyəti olan çempionlarımız 29 heç-heçə edib. 114 qol vuran komandalarımız 118 top buraxıb.
Çempionlar Liqasında Azərbaycanın 7 klubu iştirak edib. "Qarabağ" hamıdan çox - 53 oyuna çıxıb. "Neftçi"nin hesabında 22 matç var. "Bakı", "Şamaxı", "Şəmkir" hərəyə 6, "Kəpəz" 4, "Xəzər Lənkəran" 2 sınağa çıxıb.