"Neftçi" - "Jelezniçar" oyununun biletləri satışa çıxarılıb

Bakıda "Neftçi" ilə Bosniya və Herseqovina "Jelezniçar"ı arasında keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununun biletləri satışa çıxarılıb.

Bakıda "Neftçi" ilə Bosniya və Herseqovina "Jelezniçar"ı arasında keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununun biletləri satışa çıxarılıb.

Klubdan meqale.com-a verilən məlumata görə, qiyməti 3 (1A, 2A, 4A, 5A, 1B, 2B, 3B), 5 (3A) və 10 AZN (VİP) təşkil edən biletləri "Iticket.az" saytından onlayn şəkildə əldə etmək olar.

Qeyd edək ki, avqustun 3-də 8-ci km stadionunda oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq. Sarayevodakı ilk görüşdə qalib müəyyənləşməyib - 2:2.