Azərbaycan və İran Baş prokurorları videoformatda görüşdü - səfirliyimizə hücumla bağlı... - FOTO
Dekabrın 23-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevlə İran İslam Respublikasının Baş prokuroru Mohammad Kazem Movahedi-Azad arasında videoformatda geniş tərkibli görüş keçirilib.
meqale.com xəbər verir ki, bu barədə Baş prokurorluğun Mətbuat xidmətindən bidirilib.
Görüşdə Azərbaycan Respublikasının Tehrandakı Səfirliyinə cari ilin 27 yanvar tarixində edilən terror hücumu ilə bağlı cinayət işi üzrə məhkəmə baxışının keçirilməsi, yekun qərarın qəbulunun sürətləndiriləməsi və hüquqi əməkdaşlıq mexanizmləri müzakirə olunub.
Bundan başqa, görüş zamanı ölkələrimizin prokurorluq orqanları arasında hüquqi əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.