Azərbaycan və Pakistan XİN rəhbərlərinin görüşü keçirilib - YENİLƏNİB - FOTO
Pakistan İslam Respublikasında səfərdə olan Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə bu ölkənin Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar arasında görüş keçirilib.
meqale.com AZƏRTAC-a istinadən bildirir ki, nazirlər müxtəlif mövzular ətrafında geniş müzakirələr aparıblar. Həmçinin Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsi üçün məqsədləri bölüşüblər.
Bundan başqa, regional və qlobal səviyyədə ölkələrimizin mövqelərini daha da möhkəmləndirən çoxtərəfli əməkdaşlıq gündəmdə əsas yer tutub.
Qeyd edək ki, səfər çərçivəsində C.Bayramovun digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi də nəzərdə tutulub.
-------
10:57
İslamabadda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun pakistanlı həmkarı Məhəmməd İshaq Darla görüşü başlayıb.
meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinə istinadən məlumat verib.
"Nazirlər ikitərəfli və regional məsələlər üzrə danışıqlar aparır", - məlumatda deyilir.
meqale.com Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun