Azərbaycan yığması Albaniya ilə qarşılaşacaq
Azərbaycan millisinin yoldaşlıq görüşü üçün daha bir rəqibi müəyyənləşib.
meqale.com "qafqazinfo"ya istinadən xəbər verir ki, Albaniya mətbuatına istinadən xəbər verir ki, yığmamız bu ölkənin komandası ilə qarşılaşacaq.
Görüş iyunun 7-nə təyin olunub. Avstriyanın Qrats şəhərində baş tutacaq matç yerli vaxtla saat 20:45-də start götürəcək. Bu, AVRO-2024-də çıxış edəcək albanların son yoldaşlıq oyunu olacaq.
Qeyd edək ki, Albaniya yığması AVRO-2024-ün B qrupunda İspaniya, Xorvatiya və İtaliya ilə oynayacaq. Albanlar ilk matçlarında iyunun 15-də İtaliyaya ilə qarşılaşacaq.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun