Azərbaycanın beynəlxalq dərəcəli hakimi xüsusi mükafat aldı

Azərbaycanın stolüstü tennis üzrə beynəlxalq dərəcəli hakimi Zaur Mikayılov xüsusi mükafata layiq görülüb.

Azərbaycanın beynəlxalq dərəcəli hakimi xüsusi mükafat aldı
Azərbaycanın stolüstü tennis üzrə beynəlxalq dərəcəli hakimi Zaur Mikayılov xüsusi mükafata layiq görülüb.

Azərbaycan Stolüstü Tennis Federasiyasından meqale.com-a verilən məlumata görə, ona Qazaxıstanın Türkistan şəhərində keçirilən Türkdilli xalqların II Universiadasında "Ən yaxşı hakimliyə görə" kuboku təqdim olunub.

Qeyd edək ki, 2010-cu ildə beynəlxalq dərəcəli hakim adını alan Zaur Mikayılov Avropa çempionatı, İslam Həmrəyliyi Oyunları, Avropa "Top-16" kuboku kimi yarışlarda ədaləti qoruyub.

Təcrübəli referi həmçinin Avropa Çempionlar Liqasının final görüşünün də baş hakimi olub.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun