Azərbaycanda 4 bazar bağlandı
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Azərbaycanda fəaliyyət göstərən 83 ərzaq bazarını yoxlayıb və onlardan 4-ü fəaliyyətini dayandırıb.
meqale.com axar.az-a istinadən bildirir ki, bunu AQTA-nın sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycanda ərzaq bazarlarında vəziyyət heç də ürəkaçan deyil:
"Bir neçəsinə qarşı müvafiq sanksiyalar tətbiq edilib. Həmin ərzaq bazarlarının qarşısında qısa müddət ərzində həyata keçirilməli olan tədbirlər proqramı hazırlanıb və təqdim olunub.