Azərbaycanda 74 yaşlı kişi qətlə yetirildi - oğlu saxlanıldı - YENİLƏNİB

14:29 Şirvanda qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb.

Azərbaycanda 74 yaşlı kişi qətlə yetirildi - oğlu saxlanıldı - YENİLƏNİB
14:29 Şirvanda qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb.

Şirvan şəhər prokurorluğundan meqale.com-a verilən məlumata görə, yanvarın 8-də saat 10:30 radələrində Şirvan şəhəri ərazisində 1950-ci il təvəllüdlü Allahverdi Şərifovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1979-cu il təvəllüdlü Seymur Şərifovun Şirvan şəhəri 28 May küçəsində yerləşən mənzildə aralarında yaranmış mübahisə zamanı atası Allahverdi Şərifova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Seymur Şərifov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

------- 10:55 Yanvarın 8-də saat 10 radələrində Şirvan şəhərində 1950-ci il təvəllüdlü Şərifov Allahverdi Şərif oğlunun kəsimiş-deşimiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.