Azərbaycanda ağır qəza - Ölən var - FOTO
Ağdamda piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
meqale.com Trend-ə istinadən bildirir ki, qəza rayonun Quzanlı qəsəbəsinin Heydər Əliyev prospektində qeydə alınıb. "Lada Priora" markalı avtomobilin sürücüsü Xəyal Məhərrəmov yolu keçmək isdəyən orta yaşlı qadını vurub.
Nəticədə qadın aldığı müxtəlif bədən xəsarətlərindən yerində dünyasını dəyişib. Qadının kimliyi hələ məlum deyil. Hadisə yerinə DYP əməkdaşları və istintaq qrupu cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.