Azərbaycanda aptekdə dəhşət - bıçaqla hədələyib kassanı yardı - ANBAAN VİDEO

Oğuz şəhərində yerləşən apteklərin birində quldurluq hadisəsi qeydə alınıb.

Azərbaycanda aptekdə dəhşət - bıçaqla hədələyib kassanı yardı - ANBAAN VİDEO
Oğuz şəhərində yerləşən apteklərin birində quldurluq hadisəsi qeydə alınıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan meqale.com-a bildirilib ki, naməlum şəxs həmin yerdə çalışan qadın satıcını kəsici alətlə hədələyərək kassada olan 500 manat pulu talayaraq ələ keçirib.

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat nəticəsində qeyd olunan hadisəni törətməkdə şübhəli bilinən Ramin Məmmədov saxlanılıb. Ondan cinayətdə istifadə etdiyi kəsici alət maddi sübut kimi götürülüb. Araşdırmalarla saxlanılan şəxsin avtobusdan da pul oğurladığı müəyyən edilib.