Azərbaycanda avtomobil aşdı - bir ailənin 3 üzvü yaralandı - FOTOlar

İsmayıllıda avtomobil aşıb, bir ailənin 3 üzvü yaralanıb.

Azərbaycanda avtomobil aşdı - bir ailənin 3 üzvü yaralandı - FOTOlar
İsmayıllıda avtomobil aşıb, bir ailənin 3 üzvü yaralanıb.

meqale.com report-a istinadən xəbər verir ki, hadisə rayonun Qurbanəfəndi yolunda qeydə alınıb.

Belə ki, "Hyundai Tucson" markalı avtomobilin sürücüsü Füzuli Alışanov qəfil idarəetməni itirərək yoldan çıxaraq aşıb. Hadisə zamanı avtomobildə olan rayonun İstisu sakinləri - sürücü 65 yaşlı Alışanov Füzuli Vəli oğlu, sərnişinlər 58 yaşlı Alışanova Nəcibə Eldar qızı və 22 yaşlı Alışanov Amil Füzuli oğlu və müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım maşınları ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyətləri ağırdır.