Azərbaycanda bu il qeydə alınan zəlzələlərin sayı açıqlandı
2024-cü il ərzində 12875 yeraltı təkan qeydə alınıb.
meqale.com xəbər verir ki, bunu AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, profesor Qurban Yetirmişli bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Yer Elmləri bölməsi və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin birgə iclasında deyib.
O bildirib ki, onlardan 5519-u yerli, 4246-ı regional, 3110-u uzaq zəlzələlərdir.
Qurban Yetirmişli deyib ki, bu il 1729 yeraltı partlayış qeydə alınıb:
"İl ərzində Azərbaycan ərzisində maqnitudası 3-dən böyük olan 55 zəlzələ qeydə alınıb. Hesabat gününə qədər Azərbaycan və ona bitişik ərazilərdə 15 hiss olunan zəlzələ qeydə alınıb. 2024-cü ildə hesabat gününə qədər Azərbaycan ərazisində maqnitudası 5-dən böyük olan 3 zəlzələ baş verib. Bu zəlzələlərdən ən güclüsü Lənkəran rayonunda qeydə alınıb. Lənkəranda qeydə alınan zəlzələnin maqnitudası 5.3 olub".