Azərbaycanda daha bir körpü uçdu - YENİLƏNİB - VİDEO
11:06
Yağan güclü yağış nəticəsində yaranan sel suları Astara rayonu ərazisində 2 avtomobil körpüsünə ziyan vurub.
8 metr uzunluğa malik körpülərdən biri Pensər-Toradi avtomobil yolunun 1-ci km-də, Pensər çayı üzərində, digəri 24 metr uzunluğa malik körpü isə Siyəkü-Şəmətük avtomobil yolunun 1-ci km-də, Siyəki çayı üzərində yerləşir.
Yaranmış problemlərlə bağlı məlumat daxil olan kimi dərhal ərazilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.
Hal-hazırda sözügedən istiqamətlərdə hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunması və yol qurğularının bərpası istiqamətində işlər aparılır.
--------
10:06
Astarada rayonunun Vaqo kəndində körpü uçub.
meqale.com baku.ws-ə istinadən bildirir ki, hadisə bu gün səhər saatlarında baş verib.
Sözügedən körpü Vaqo kəndini Siyaku, Miki, Toradi, Hamoşam kəndləri ilə birləşdirir. Körpünün uçması nəticəsində əhalinin şəhər mərkəzi ilə əlaqəsi kəsilib.