Azərbaycanda daha bir zəlzələ oldu
06:56 Azərbaycan-İran sərhədində ardıcıl zəlzələlər qeydə alınıb.
meqale.com-ın Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, Azərbaycan-İran sərhədində, İran ərazisində iki zəlzələ baş verib.
Sonuncu zəlzələ yanvarın 7-də saat 03:53-də qeydə alınıb. Yardımlı seysmoloji stansiyasından 16 km şimalda baş verən zəlzələnin maqnitudası 3,6, dərinliyi isə 25 kilometr olub. Təbii fəlakət Yardımlı və Cəlilabad rayonlarında 3 baldan artıq hiss olunub.
Bundan öncə, yanvarın 6-da saat 23:22-də eyni ərazidə 3,6 maqnitudalı başqa bir zəlzələ qeydə alınmışdı.
Hadisələr ərazidə zəlzələ aktivliyinin artmasına işarə edir.
--------- 23:48 Azərbaycan-İran sərhədində zəlzələ olub.
meqale.com xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Yeraltı təkanlar Yardımlı stansiyasından 17 km şimalda qeydə alınıb. Zəlzələ ocağı 33 kilometr dərinlikdə yerləşib.