Azərbaycanda dəhşətli qəza - Qatar avtomobilə çırpıldı, yaralılar var
Mingəçevirin Aran qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
meqale.com xəbər verir ki, gecə saatlarında "Kia Sorento" markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə avtomobil dəmiryol xəttinin orta hissəsinə düşüb. Həmin vaxt qeyd edilən ərazidə qatar hərəkətdə olmayıb.
Hadisə nəticəsində dörd nəfər ağır xəsarət alıb. Onlardan ikisi qadındır.